ERMƏNİ ANALARINA MÜRACİƏT.


Ana deyəndə,bir anlıq zaman dayanır.Bu adın qarşısında mələklər belə baş əyir. Analıq, dünyaya uşaq gətirməklə bitmir, övladını Tanrının istəklərinə layiq olaraq böyütmək, tərbiyə etmək və dünyamıza dövr etdirməklə bitir.Biz Türk anaları, övladlarımıza, haqq, ədalət, mərhəmət və qeyrət aşılayaraq, vətənimizə və dövlətimizə oğullar əmanət etmişik.Bu gün həmin oğullar bu sadaladıqlarımın bariz nümunəsidilər.Onlar haqq yolunda, haqq savaşında qalibəyyətə addımlayırlar.Əllərindəki silah, məzlumlara deyil, zalimlərə tuşlanıb. Ürəklərində zalimlərə olan nifrətə, kinə baxmayaraq, yenə də zalimlikdən uzaqdırlar.Sizə səslənirəm ey erməni anaları.Siz oğullarınıza nələr öyrətdiniz?


Oğurluq etməyimi, özgə payına göz dikməyimi, zalim olub, günahsız körpələri belə qətlə yetirməyimi?


Heç düşündünüzmü oğullarınız hansı yolda ölürlər? Hansı müqəddəs savaşa qatılıblar? Müqəddəs dediyimiz, özünün olanı gözün kimi qorumaqdır və onun yolunda canından keçməkdir.Bu yolda canından keçənlərə isə ŞƏHİD deyilir.


Bəs sizin ölən oğullarınıza nə ad verilir bilirsinizmi?Onlar özgə torpağına göz dikib, özgə torpağında ölürlər.Onlar günahsız insanlara silah tuşlayıb, onları şəhid edirlər.Onlar, qeyrət üçün deyil, qeyrətsizlik üçüm vuruşurlar.İndi siz oğullarınızın ölümünə bir ad qoyun.


Bizdə oğurluq yolunda dünyasını dəyişənlərə, ölümün müqəddəs adını belə yaraşdırmazlar.Onların bir adı var ki, o da GƏBƏRMƏK.Bəlkə də bu kəlməm sizlərə ağır gələcək.Amma bunun günahkarı yenə də sizlərsiniz. Neçə ki, gec deyil, geri şağırın oğullarınızı.Geri çağırın ki, öz ölkənizdə yaşayıb, namus və qeyrətinizi qoruya bilsinlər.Sizin oğullarınəz döyüşçü yox, bu günTeroristirlər və bir qrup teroristlərin çirkin oyunlarının qurbanıdırlar.


Bizdə bu cür haqsız müharibə getsəydi, heç bir ana övladını cəbhəyə yola salmazdı.Könüllü gedənlərə isə südünü halal etməzdi.Bu gün isə, həmin analar öz şəhid övladları ilə fəxr edirlər.Çünki övladları, Tanrının sevdiyi haqq yolu ilə gedib, haqqa qovuşublar.


Bizim gözümüz kimsənin torpaqlarında olmadı.Tarix boyu öz payımızı qorumaq üçün savaşdıq.

Ey erməni anaları,
Mənim sözüm sizədir.



Bu müharibəyə son qoymasanız, gəıəcəkdə öz vətəninizi qoruyan oğullar belə tapmayacaqsınız. Bu azmış kimi hələ, Tanrının qəzəbi sizin soy-kökünüzü qurudacaq. Oğullarınızı hədər yerə məhv etməyin.Kişi öləndə də öz torpağında ölər ki, şəhidlik zirvəsinə yüksəlsin.Oğullarınızı özgə torpaqlarından geri çağırın.


Özgə torpaqlarında ölənlərinizi isə yığmaqla qurtara bilməyəcəksiniz.Neçə ki gec deyil, bitirin bu savaşı, bitirin ki, bitməyəsiniz.




Metanet Duyğulu.
www.kafiye.net