DİNC ƏHALİNİ VURMA



Namərdliyin açıq verir biruzə,
Qeyrətin var, mərdlə dayan, üz – üzə.



Gücün çatmaz Nizaminin yurduna
Çaqqal neylər dağların boz qurduna.



Ucaldarmı, bu dünyada adını?
Sən ey alçaq, qırsan körpə, qadını.



Çox coşdurma iğidləri, ərəni
Edər səni dərd, sitəm, qəm görəni.



Şimşək çaxsa zülmətləri yox edər.
Haqqın gücü dağları da əridər.



Sonsuz millət sayı vardır yurdumda
Zəfər üçün əlbir olub ordumda.



Hey sınmısan yaraşarmı ədalıq?
Babalardan miras qalıb gədalıq.



Yad qapıda sülənərək yalanlan
Təpik yeyib olar geri yollanan.



Yoxsa taqət yeriməyə, al çəlik,
Yəqin bil ki, məzlum qıran deyilik.



Şeytan sevməz bil ki, cənnət Qarabağ
Yurd övladı çəkəcəkdir sənə dağ.



Qayıdacaq öz sevinci növrağı
Haqq sancanda Xocalıda bayrağı.



Zaman artıq sənə deyir qaç, uduz
Yaraşıqdı zirvələrə ay ulduz.




Mübariz Hüseyn Borçall
www.kafiye.net