EY ƏSGƏR! VƏTƏN SƏNƏ ƏMANƏT


Verilən vəd, cəhd edəni ləngidər,
Dur, Ey əsgər! Vətən sənə əmanət.
Zəfərinlə qoy saçılsın göylərə
Nur, Ey əsgər! Vətən sənə əmanət.



Səf dağıdar tüğyan edib hər coşan,
Güc göstərsən düşman olar pərişan,
Qaçarsa qov, gəlsə köksün al nişan
Vur, Ey əsgər! Vətən sənə əmanət.



Yerlə – yeksan eylə kələk, oynunu
Qarabağım açsın bizə qoynunu.
Sındırmağa bəndə düşən boynunu
Bur, Ey əsgər! Vətən sənə əmanət.



Azğınlığın cavabına ver ehkam,
Qalsın vəhşi gözlərində arzu – kam.
İnamınla dağılmayan istehkam
Qur, Ey əsgər! Vətən sənə əmanət.




Mübariz Hüseyn Borçalı
www.kafiye.net