Bu gün Cənnət günüdü hər günümüz mübarək !



Bütün şəhidlərin ruhu şad olsun,
Güllələr gül açır gülüş səsindən.
Əsğərim sağ olsun ,Vətən sağ olsun,
Namərdlər yox oldu mərd ölkəsindən.



Vur ,vuran qoluna qurban analar,
Hər şəhid ,bir Vətən Cənnətim olsun.
Bu torpaq üstünə tökülən qanlar,
Dünyada ən uca bayrağım olsun.



Oyaq gecələrin şirin yuxusu ,
Halaldı halaldı şəhidim sənə!
Şəhid məzarında cənnət qoxusu,
Vətənim deyirəm Şəhidim sənə!



Bu zirvə ucalıb zirvədən uca,
Adınız Vətənim ,torpağım oldu!
Gözəl Qarabağım bənzəyir taca,
Şəhid kəfənləri bayrağım oldu!



Zəfərin ,qələbən ,uğurun mübarək!
Ey qorxu bilməyən igid ərənim.
Sevincin ,göz yaşın ,duyğun mübarək!
İgidlər yurduma igid gələnim!



Vur ,vuran qoluna qurban analar,
Hər şəhid ,bir Vətən Cənnətim olsun.
Bu torpaq üstünə tökülən qanlar,
Dünyada ən uca bayrağım olsun.



Dilşad Araz
www.kafiye.net