ÖYRƏTDİN MƏNƏ..



Küsdün həftələrlə,aylarla getdin,
Uzaqdan sevməyi öyrətdin mənə.
Ruhumu,canımı pərişan etdin,
Uzaqdan sevməyi öyrətdin mənə.
*
Gözümdə,könlümdə bir tək sən oldum,
Eşqinlə,sevginlə qəlbimə doldun,
Hədsiz istirabdan günbəgün soldum,
Uzaqdan sevməyi öyrətdin mənə.
*
Hər gələn kölgəni bənzətdim sənə,
Ağladım,qəhroldum mən yana-yana,
Ayrılıq dərd verdi,qəst etdi cana,
Uzaqdan sevməyi öyrətdin mənə.
*
Vəslinə yetişmək bir xəyal oldu,
Gözlərim hər zaman yollarda qaldı.
Ağlıma gəldikcə gözlırim doldu,
Uzaqdan sevməyi öyrətdin mənə.
*
Dönsənə,sevdiyim,gözümün nuru,
Gəl ki,vəfan ilə bu eşqi qoru,
Tək bir öyrənməkdi bu işin zoru,
Uzaqdan sevməyi öyrətdin mənə.




Nazlı Hacılı.

www.kafiye.net