DAHA

Daha bu sevginin bitibdi ömrü
Yenidən ona can verə bilmərik.
Tənədən möhnətdən cana gəlmişdi.
Yenidən sevirik deyə bilmərik.

Yazdan yaz,qışdan qış ömrü yaşadı.
Soyuq qar da gördü ,güllü bahar da.
O da öz ömrünü belə yaşadı.
Ömrü sona yetdi elə bahar da.

Yox daha təsəlli,durub deyəsən
Başın da sağ olsun sevgi yiyəsi.
Bu bitən sevginin yeri boş qaldı,
İnanma doldura birdə özgəsi..



Nahidə Tagıyeva Qurbanova
www.kafiye.net