QOCALAR AY QOCALAR

Üzündə qəm görünür,
Gözündə nəm görünür,
Sevinci kəm görünür
Qəlbi viran qocalar.
Tarix yoran qocalar.
Qocalar ay qocalar.

Təmizkardır hər işə
Aram verər yerişə
Qurdalanar həmişə
Tikib quran qocalar
Tarix yoran qocalar.
Qocalar ay qocalar.

Dediyi yalan deyil,
Tamah salan deyil,
Əkdiyi solan deyil
Erkən duran qocalar.
Tarix yoran qocalar.
Qocalar ay qocalar.

Canda ki, üşütmə var
Əl- ayağı buz olar.
Geyinib isti paltar
İstər aran qocalar.
Tarix yoran qocalar.
Qocalar ay qocalar

Kim düzə yalan qoşub,
Kim ki, hiddətdən çoşub,
Təmkin ilə soruşub
Haqqı soran qocalar.
Tarix yazan qocalar.
Qocalar ay qocalar

Daim uzanan qolu
Gözləyər övlad yolu.
Dünyanın əzab dolu
Qəmi, vuran qocalar
Tarix yoran qocalar.
Qocalar ay qocalar
Sevin, hər an qocalar.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net