ZƏFƏRİMİZ VAR



Düşmən sevinməsin,düşmən gülməsin,
Bizi özləri tək gücsüz bilməsin,
Ağlı var,bizimlə cəngə girməsin,
Girərsə,dünyasın edəcəyik dar,
Qarşıda böyük bir zəfərimiz var..
***
Silaha sarılıb hər bir vətəndaş,
Qisas istəyirik indi başha-baş,
Qələbə ruhludur artıq bu savaş,
Bu yolda Rəbbimiz olsun bizə yar,
Qarşıda böyük bir zəfərimiz var..
***
Haydı igidlərim,haydı irəli,
Yıxsın dağı-daşı bu hücum seli,
Kəsilsin düşmənin ayağı,əli,
Şuşaya sancılsın artıq bayraqlar,
Qarşıda böyük bir zəfərimiz var..
***
Türkün övladları mərd,qorxubilməz,
Qan qanla yuyular,qanı su silməz,
Qisas alınmazsa üzümüz gülməz,
İndi rahat olsun şəhidlər,ruhlar,
Qarşıda böyük bir zəfərimiz var..
***
Qovulsun yurdumdan o mənfur yağı,
Qaytaraq geriyə biz Qarabağı,
Gülsün Cıdır düzü,İsabulağı,
Artıq azad olsun qərib məzarlar,
Qarşıda böyük bir zəfərimiz var..




Nazlı Hacılı.
17.07.2020.

www.kafiye.net