Dünyanın Türklərə heyrət günüdür

Silaha sarılaq gəlin, a dostlar,
Şəhid ruhlarının töhmət günüdür.
Uşaqdan böyüyə kimin heyi var,
Qalxsın ki, kişilik, qeyrət günüdür.
Dünyanın türklərə heyrət günüdür.

Əsiri olmayaq quru bir canın,
Məntək qələbəyə siz də inanın.
Əfsanə yaradaq, Azərbaycanın,
Dünyaya yayılsın, şöhrət günüdür.
Dünyanın türklərə heyrət günüdür.

Analar ilk dəfə deməsin ağı,
İlk dəfə sevinclə açaq sabahı.
Alıb Qarabağı, öpək torpağı,
Torpağa məhəbbət, şəhvət günüdür,
Dünyanın türklərə heyrət günüdür.

Sakit, qüvvə tapıb hər kəs qolunda,
Qana, qan söyləsin, torpaq uğrunda.
Qoy candan keçsinlər Vətən yolunda,
İgid Şəhidlərin rəhmət günüdür,
Dünyanın türklərə heyrət günüdür.




15. 06. 2020.
Sakit Memmedova
www.kafiye.net