iki gün öncə yaxın dostlara şeir ünvanlamışdım. Halal olsun, hamısı yerli – yerində cavabımı verdi. Amma Sakit dostumun cavabı ləng gəldiyinə görə bir təcnis peyda oldu qeybdən)))). Paylaşıram ki, təbim mənə əzab verməsin.
P,S. Həm də bundan sonra qapısını döydüyüm dostlar vaxtında dışarı çıxar))))).

Gözünüzə
(təcnis)

Tez yatıb, gec oyanmısan,
Az qalıb ki, göz ün üzə,
Bəs deyirdin dayanmısan,
Əli oxlu, gözü nizə?

Brin seç…Yığ, on “əmən”i,
Təqdim elə ona məni…
Göndərdiyim o naməni,
Çıxarmadı gözün üzə?

Hirsim olub neçə bal, ta,
Sakitləşməm versən bal, ta…
Dayanmışam əldə balta,
Yaşamaqdan gözün üz, ə!

Hanı asıb – kəsən dil, ə?
Qoy qələmin gəlsin dilə,
Ya təslim ol, ya əfv dilə,
Dirənməsin gözün üzə.

Bəy var, papaq altda yatır,
Sözün çəkməz Kamaz, ya Tır,
Məddahlıqdan yığıb “yatır”,
Bağlanıbdı gızünüz, ə!?

Tərtib elə bir “gündəlik”,
Qalmasın heç br gün, dəlik…
Elə dostsan ki, gündəlik,
Səhifəmdə gözün üzə.

Sözə verdim belə “poza”,
Cürət elə, fikri poz, a,
Kim çalışsa qayda poza,
Gərək candan gözün üzə.

İllər içrə bu gic ildi,
Qapan evdə ha, kiçil, di,
Çingiz belə çox kiçildi,
Görünməyir gözünüzə?



09. 07. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net