Axara
(ünvanlı)

Bismillah! de, mənlə yola çıxanda,
Bir soruş aparır bu yol a, hara?
Əziyyətsə, qərarı ver, çıx anda,
Ya mənlə davam et… Nalə, ah, ara.*

Deyəsən, pişik var, qağa, torbada,
Kifayətdi, tikmə belə torba da,
Bir həmləmdə gedər həmin tor bada,
Pozular həyatın, dönər a, xara,**

Sən kimsən ki, qərar verirsən, aya?
Oxşadırsan məni şeirdə Aya?
Perikdirrəm burdan, azı bir aya,
Münasibət ölər, dəyər ax..ara.***

Gecikmisən, keçib gedib qatar, a…
Ümüd bağla dalda gələn qatara,
Boş dayanma, şeir də yaz, qat ara,
Axtar mənim kimi bir “lox”, ax…ara.****

Eyvah! Meyl edərmi a, qız…A qıza?
Tənqid eyləyirik a, qıza – qıza !
Ləğv oldu öpüşmək, ağız – ağıza,
“Sosyal məsafə” var, saxla ax, ara!*****

Çox şey demək olur baxışla, gözlə,
Birinə eyham et, birini gözlə,******
Həmişə lal sudan özünü gözlə,
O qədər qorxulu olmur “axar”, a…

Yalan danışmağın burda yeri nə?
Çox bəndimdə vardır özəl yerin, ə
Mənə ilişəni sallam yerinə,
Tullayaram ya da, gedər axara*******

Dövran diktə edir: – Kiflən, qıcqır!…Ar.
Salamat kəlləni səfeh, qıc qırar,********
Mürəbbənin məti azsa, qıcqırar,
Çox olarsa, tamam dönər a, xara.*********

Elə qışam, ola bilməm, yaza ram,
Hünərin var mənlə canlı yaz, aram,
Səninçün limitsiz təcnis yazaram,
Oxuya bilməzsən, gözün axar, a…

Həyat bir içkidir, ömür keçər…Əm!
Yol açıqdır, məni gəl öt, keç, ərəm!
Şəlaləni, təbim coşsa, keçərəm,
Üzmüsənmi, bir yol üzü axara?**********

Hər şey yırtıq – sökük, de nə geyim, ə?
Maşallah, nə qədər artıb “gey”im, ə?
Fikir verən varmı babat geyimə?
Yoxa çıxıb indi a, şal….A xara***********

Ruhum gəzir neçə dağı, düzünü,
Axtarır səmimi, sadə, düz ünü,
Qanmaza demirəm sözün düzünü,
Qananın yanında ollam a, xar a!

Oxudum…Təcnisin xoş gəldi, aya,
Valeh olar buna Günəş, həm Ay, a…
Bir gün səni Yerdən qovacam Aya,
Ordan deyəcəksən: – Sənsən, aha! Ra.*************

Səbirin nə cütü, dostum, nə təki,
İçində insanlıq ölməsin, təki….
Ricam var, deməyin oxuyan təki,
Çingizin üzündən qaçıb ax…ar, a!

*Araşdır.
** Xar olarsan.
***Aramız dəyər.
****Tap.
*****Ara saxla.
******Göz – qaş elə.
*******Çaya tullayaram.
******** şikəst xəstənin birisi, başını əzər.
********Xarlayıb bərkiyər.
**********Suyun axını istiqamətində
*********** Parça növü.
************Günəş allahı.



10. 07.2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net