GÖRÜM
(Hər yazardan söz oğurlayıb şer qoşanlara)

Düşüncəni vərəqləyib
Məna dolu söz seç görüm.
Yer ki, sənə sirr verməyib
Ərzə rəvan et, köç görüm.

Böyüdükcə mən dağlarda,
İhamımı tapdım orda.
Sıldırımlı qayalarda,
Çeşməyə qalx, su iç görüm.

Filmə baxsan qorxma, izlə.
Otuz beş il şanlı üzlə,
Çarpışmışam göy dənizlə.
Çırmalanıb, çay keç görüm.

Get sahib ol, öz peşənə?
Rəqib olub ötəşənə,
Gün çıxandan şeh düşənə
Gəl mənimlə ot biç görüm.

Yazmağa ki, yox ip ucu
De, qələmin varmı suçu?
Çıx bu yoldan olma yolçu
Nə inciyim, nə suç görüm.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net