MEN SENE


Mən sənə demədim dön, yenidən gəl !!
Demədim yolunu gözləyənin var.
Demədim dayanıb qapı önündə
Səni hər keçəndən xəbər alan var

Mən sənə demədim dön yenidən gəl!!
Demədim yenidən tut əllərimi.
Danış şirin dillə ovundur məni.
Demədim yenidən oxşa telimi.

Mən sənə demədim,dön, yenidən gəl.!!
Demədim qayıdaq ötən illərə.
,Dayanıb yan yana ,verib baş-başa
Gedək gənlyimiz olan yerlərə.,

Mən sənə demədim,dön, yenidən gəl!!
Demədim bitirək acı həsrəti.
Daha o ,yaş deyil biz sinə gərib
Qaldıraq deyilən min bir möhnəti.



Nahidə Tağıyeva Quranova / 23.06.2020
www.kafiye.net