Yarım da sən,yaram da sən

Bu eşqi Yaradan yazıb könlümə,
Adını həkk edib,qazıb könlümə,
Göylərdən süzülüb,sızıb könlümə,
Bütünüm də,param da sən.

Sən əlim çatmayan uca dağımsan,
Doğmam-yaxınımsan,həm uzağımsan,
Odum- alovumsan,həm sazağımsan,
Dərdim də sən,çaram da sən.

Mən özümə bəsdim,məni” biz “etdin,
Bilmirəm yanıldım,yoxsa düz etdim.
Ömrümü gah gecə,gah gündüz etdin.
Ağım da sən,qaram da sən.

Tənha Bulud eşqin yükünə sarvan,
Hicrinlə tutmusan könlümə divan,
Maliki-cəhənnəm,cənnəti-Rizvan,
Yarım da sən,yaram da sən.


Tamara Rustamova Tenha Bulud / 03.05.2020
www.kafiye.net