Fikir Vermə



Fikir vermə sən elə,
Mən başı boş dəliyə.
Hər dediyim sözlərə
Hər qurduğum cümləyə.

Sən indi tanımadın,
Neçə ildi qonşuyuq,
Həm bir elli,obalı
Uzaqdan ki qohumuq.

Sən tanıyırsan məni
Axı həmdəm xəyalam.
Birdən güldüyüm zaman
Hönkürüb ağlayanam.

Fikir vermə sən mənə.
Boşa yorma özünü
Onsuz ki ,eşitmirəm
Dediyin bir sözünü.

Bilirsən ki o vaxtda
Sözlərimi tutmurdum.
Gah sevirdim ,gah da yox
Sözümü unudurdum.

Nahidə Tağıyeva Qurbanova 16.06.2020
www.kafiye.net