Əsən Sərin

Sakit addımlarla yeriyən qadın parkın lap sonunda qoyulmuş oturacaqda əyləşdi.Sinəsinə basıb saxladığı kiçik əl çantasında çox dəyərli bir şey olduğu kənardan baxan kimi hiss olunurdu.Əyləşəndən bir az sonra çantasını sinəsindən endirib dizlərinin üstünə aldı.

Əlləri ilə çantasını bir neçə dəfə astadan qaldırıb dizlərinin üstünə qoydu.Asta -asta çantanı açıb içindən çoxda böyük olmayan ovucin içinə sığışacaq olan bir şəkil çıxardı.Qadın əlinə aldığı şəkilin o üz bu üzünə baxdı.Ürkək ürkək ətrafa göz gəzdirdi.Kiminsə onu görmədiyindən tam əmin olduqdan sonra titrək barmaqları ilə fotodan ona baxaraq gülümsəyən adamın saçlarına canlı imiş kimi sığal çəkməyə başladı. Heç təsəvvüür belə etməzdi ki illər sonra neçə illər boyu həsrətini çəkdiyi adamın saçlarına həyatda deyil şəkilindən sığal çəkəcək. Suya həsrət qalmış torpaq kimi cadar olmuş dodaqları sevgilinin şəkildən yanaqlarına toxunaraq öz susuzluğunu düzlu göz yaşları ilə söndürəcək. Öz içini göynədən həsrətini sakit sakit şəkildən ona gülümsəyən adama pıçıldayacaq.Arada şəkilin üzünə düşən göz yaşlarını titrək barmaqları ilə silib yenidən pıçıldamağa davam edəcək.

Qansız dodaqları durub dayanmadan,,Sən mənim heç zaman çata bilməyəcəyim xoşbəxtliyimsən,,deyərək pıçıldayacaq.

Bu gündən..


Əsən sərin meh salxım söyüdün yerə qədər əyilmiş budaqlarını tərpədirdi.Ayın işığı hər tərəfi süd rənginə boyamışdı. Söyüdün salxımları altında orta yaşda üz üzə dayanmış iki nəfərin kölgəsi görsənirdi.Qadının ağladığı çiyinlərinin qalxıb enməsindən birdə yavaş hıçqırıq səslərindən hiss olunurdu.Qarşısında dayanan adamın canlı olmasına baxmayaraq səsi çıxmır,qadını təssəli edəcək bir kəlmə söz də demirdi.Başı sinəsinə doğru əymiş qadın,başını qaldırıb düz qarşısında dayanmış adama baxdı.Yanaqlarında iz salmış göz yaşları ayın işığında çox aydın görsənirdi.Simasına gülüş gətirən qadın bu dəfə əlini ağzına tutub hönkürdü. Adamın ürəyindən bir anlıq onu bağrına basıb sakit etmək keçdi.Əllərini ona doğru uzatsa da özündə bu cəsarəti tapmadı.Qadına doğru uzanmış əlləri havada asılı qaldı.Sol əlinin nişan barmağında olan nişan üzüyü buna imkan vermədi.Əsəbi şəkildə sol əlini aşağı salıb sağ əli ilə çallaşmış saçlarını darayırmış kimi arxaya etdi.Boğazına yığılan qəhəri udqunub kövrəlmiş səslə sakit ol,özünü əl al dedi.
Qadın gənc yaşlarında olduğu kimi əllərinin arxası ilə yanaqlarını sildi və gülümsədi.Yenə hər iki yanaqlarında güldüyü zaman kiçik çöküntü yarandı. Ayın işığında yaş dolu gözləri bərq vurdu.Əyninə geydiyi sinəsi açıq yay paltarının yaxasından boynu görsəndi. Adamın illər öncə ona hədiyyə etdiyi gümüş boyunbağı yenədə qadının boğazında ,illər əvvəl oldugu kimi öz yerində idi .Gözlərini boyunbağıya dikən adam qadının sədaqətinə heyran olmuşdu.Uzun illər kiçik bir hədiyyəni bu qədər dəyərli bilib öz boynunda saxlayan qadına qarşı etdiyi haqsızlığa görə vicdanı sızladı.
Dilinə gəlmiş ,,Sənə qarşı haqsızllq etdim məni bağışla ,, sözlərini nə vaxt dediyini özüdə bilmədi.


Qadının mən səni çoxdan bağışlamışam deməsi onu zəhərli ilandan betər çaldı.


Qadının ürəyinin necə həəyacanla çırpınması paltarın sinəsinin qalxıb enməsindən bilinirdi.


Adam o sinənin altında necə gözəl ürək var imiş deyə öz özünə pıçıldadı.Cox heyif ki zamanında qədrini bilmədim deyib qadını bağrına basdı.



Nahide Tagıyeva Quranova
www.kafiye.net