Bu gün şeir paylaşmaq fikrim yox idi. Amma feysbuxa qısa müddət ərzində nəzər salanda ağlıma dəli bir fikir gəldi. Dostlarımın sırasını seyrəltmək fikri yerləşdi başıma.
Mənim xoşuma gəlməyən adamla bağrı – badaş olanlar mənimlə necə dostluq edirlər görəsən?((((. şəxsən mən belə şeyləri həzmə verə bilmirəm. Nə isə…. P.S. Şəkildəki Ağacdələn balaları bu gün tut yeyərkən ağacın haçasındakı yuvada mənə rast gəldi.

Düşmənimin dostu mənə dost deyil.

İlham pərim şuxdu hələ, süst deyil,
Söz sinədən gəlməsə, dürüst deyil,

Bezikmişik “salam-sağol” deməkdən,
Hər verilən salam çünki “çest” deyil.

Mən bələdəm, səndə olan kəlləyə,
Söz bağacın, mənimkinə “rost” deyil.

Yaxşı düşün, sözləri seç, xırd elə,
Şeir yazmaq vəzifə, nə “post” deyil.

Öylə danış, hamını sal heyrətə,
Əldə badə, hər deyilən “tost” deyil.

Problemim çoxdu, məndən uzaq dur,
İçim dolu qəzəbdi, “radost” deyil.

Çoxlarının var başı üstə “kölgə”,
İgid odur, heç kimə “xvost” deyil…

Yol ayrıdı, amma hamı “gedər”di,
Kim deyir ki, bu dünyada “qost” deyil.

Hər addımda dürlü-dürlü sınaq var,
Həyatdı bu, adicə bir “test” deyil.

Ruhumu incitmə, gəlib üstümə,
Cismim özü, hər keçilən “most” deyil.

Qanmayana bal da yedirt, zəhərdi,
Qananlara sözlərim “qadost” deyil.

Çoxlarının nazıyla çox oynadım,
Eylədiyim bil ki, adi “jest” deyil.

Siyahıda dostlarımın çox sayı,
Düşmənimin dostu mənə dost deyil.!!!

Çingizi fərqli yaradıbdır Xuda,
Nə şairdi, nə “West”, nə də “Ost” deyil.


Çingiz Kürdəmirli.
www.kafiye.net