Salam, dostlar, Səhərin gözü açılmamış səhifəmdə gözəl yazar Vüqar Məcidin mənə ünvanlanmış bir şeirini oxudum. Həqiqətən çox xoşuma gəldi. Həm də bu Dostum mənə məsləhət görür ki, daha qələm – kağızı atım zibil qutusuna. Hələlik kinojurnal kimi bir şeir yazım ki, əhvalı rəncidə olmasn. Inşallah tale qismət nəsib etsə, bu yoldaşın müalicəsi ilə mükəmməl məşğul olaram)))) hələlik aşağıdakı yazımı oxuyub feyziyab olsun)).

Dəlilə
(təcnis)

Məni sındırmağa yollar arayıb,
Özünü çox yorub gəzmə dəlil, ə,
Girdin bataqlığa, itdi ar, ayıb,
Çəkmək istəyirsən məni də lilə…

Elə yaz olmasın ürək çəkici,*
Qələminlə ruhu çxar, çək içi.
Hər sözün endirsin külüng, çəkici,
Qəlpələyib günü, ayı dəl…İlə!**

Şər deyən ağzını, həmən yum, ağa,
Faş edib döndərrəm yoxsa yumağa,
Günahın çox, vaxtın azdı yumağa,
Fərqln yoxdu amma adi dəli(y)lə.

Çirkin əməlindən bezdim ox..usan,
Hər sətrimi müdhiş zaman oxu san.
Çingiz safdı, diqqət ilə oxusan,
Ehtiyac yox, ayrı cürə dəlilə!

*Ürəyimi çəkmə mənasında.
**İlə doğru dəl.



03.06. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net