“Qartal, o zirvədən belə dur, belə,
İnsanam, zirvədə mən olmalıyam.” ( B. Vətənoğlu.)

Qalıb

Qartal, o zirvədə sən möhkəm dayan,
Mənimsə uçmağım Allaha qalıb.
Alıblar dənizi, dağları pulnan,
Bizə ayı eşən, boş kaha qalıb.

Qartal, uç o yerə gətir bir soraq,
Orda da satılıb yoxsa zirvə, dağ?
Alətə çevrilib əldə Qarabağ,
Deyəsən çarəmiz of-aha qalıb.

Nə olsun ki, bu xalq yağdırır lənət,
Həyasız məmurlar yığır səltənət.
Gör neçə illərdir dadammırıq ət,
Yeməklərdən miras, iştaha qalıb.

Gör Milli Məclisdə əyləşən kimdi?,
Tarixdən xəbərsiz artist, həkimdi.
Ədaləti boğan özü hakimdi,
Qanunlar yaltaga, məddaha qalıb.

Arzular puç olub, quruyub həyat,
Boğaza yığılıb bütün camaat.
Millətim qalxanda olacaqlar mat,
Onların da ömrü, bir şaha qalıb.

Sakit, tələs daha, durma bir anlıq,
Düşünə, düşünə getdi cavanlıq.
Şerinlə günəş ol, bitsin qaranlıq,
Ümüdlər işıqlı sabaha qalıb.



02.06.2020.
Sakit Memmedova
www.kafiye.net