Söylə,qələm,nədən yazım

Gündüz günəş, gecə ayım
Batıbdırsa, nədən yazım?
Dərd gətirir ilim, ayım,
Mənə qışdır, yoxdur yazım,
Söylə, qələm, nədən yazım?

Xəyallarım cıgırlaşıb,
Arzularım cılızlaşıb,
Vətən dərdim arsızlaşıb,
Torpaq da yox,qəbrim qazım,
Söylə,qələm, nədən yazım?

Deyirlər ki, qəmdən yazma,
Səbr eylə, pisə yozma,
Hecam da gəlmir nizama.
Sinəm dolu,yoxdur sazım,
Söylə, qələm,nədən yazım?

Demə, dərdi Fələk yazıb,
İblis deyib, mələk yazıb.
Sonra insan yolun azıb…
Çoxum gedib, qalıb azım,
Söylə, qələm, nədən yazım?

Tək güvənim təmiz eşqdir…
Agır zaman, keşgməkeşdi,
Dost bildiyim məndən keçdi.
Onla getdi xoş avazım,
Söylə, qələm, nədən yazım?



Fəridə Köçərli.
26.05.20.
www.kafiye.net