Bəlkə, yoxluguna öyrənim?

Nə qədər yozsam da yalanlarını,
Gücüm çatmır yıgam qalanlarını.
Bunlar səndən mənə çox azmış kimi,
Neyniyim,qaranlıq ,,dalanlarını”?

Soyuq daş kimisən biganəlikdən,
Hələ dəm vurursan yeganəlikdən.
Əladan uzaqsan,yaxşıdan kənar,
Barı möhkəm yapış miyanəlikdən.

Yalancı ümidlər deyil gərəyim,
Daha yalanlardan bezib ürəyim.
Sənin hər zülmünü çəkib dözməkdən,
Bəlkə yoxluguna, dözüm öyrənim?



Fəridə Köçərli İbrahimova
04.02.20.

www.kafiye.net