Bu gün daha 1 il getdi ömrümdən…, Allah bütün dostlarımı qorusun, amin!


Görmüşəm

Göz açıb dünyaya çox illər əvvəl,
İlk dəfə günəşli yazı görmüşəm.
Totuq uşaq idim, daim qucaqda,
Anam necə çəkib, nazı görmüşəm.

Atam müəllimdi, sadə bir insan,
Bütün işlərimə tapardı nöqsan.
Tələbə olanda, məntək oğulnan,
Atamı özündən razı ğörmüşəm.

Notlar dolanaraq bəmdə, həm zildə,
Eh, nələr ğörmədim, altmış üç ildə.
Yaxşı sözlər hər an tanıdar eldə,
Yaşadar əbədi “yazı” görmüşəm.

Şairlik elmini sayıb əyləncə,
Şe(i)rə qafiyəsiz vermə işcəngə.
Üç notlu musiqi gətirib təngə…
Vaqifin çaldığı “cazı” görmüşəm.

Millət ədasından bezən kəsləri,
İndi xalqdan ayrı gəzən kəsləri,
Varıyla igidi əzən kəsləri,
Özgə qapısında “tazı” görmüşəm.

Sakitəm,altmışa çatanda yaşı,
Dik gəzən insanın əyilir başı.
Tez küsür, qəlbinə axır göz yaşı,
İnləyir könlünün sazı görmüşəm.


Sakit Memmedov
www.kafiye.net