ÖMÜR YOLUMUN MƏNƏ CAVABI

Keçilmız sədd olub, sərhəd çəkərək,
Ömür yolu, de – qarşını kəsir nə?
Bəslənən arzudan dərmir bar, ürək
Viran qoyub üstünə hey, əsir nə?

İztirablar, verib ahıl görkəmi,
Yetişməmiş sən altıncı onluğa.
O çəkdiyin əzabların dərd, qəmi
Bilirsənmi, çəkir məni sonluğa?

Diş qıcayan kədər, qolun gərəndə,
Saniyələr, bəxti üzüb ötüşür.
Sən ki, sızılıdayıb yanan görəndə
Həmdərdlikdən mənə acı pay düşür.

Min bəla önündə tənha qalır can,
Yarıyolda qalmağı kim istəyir?
Sızıltı içində haray salır can
Dünya qəzəblənib səsi, kəs deyir.


Mübariz Heseyn Borçalı
www.kafiye.net