MENİM PAXILLARA




Mənim paxıllara yazığım gəlir,
Qurd yeyir içindən çürüyüb gedir.
Mənim paxıllara yazığım gəlir.
Vicdani saflığa o biganədir.

Mənim paxıllara yazığım gəlir,
Sevinməz bir kəsin yaxşı gününə.
Nəfsi onun-bunun əlində olar
Göz doymaz,dünyanı sərsən önünə.

Mənim paxıllara yazığım gəlir
Fikri-düşüncəsi tələdir ,tələ.
Pisliyə sərf edər əldə fürsəti.,
Bir kəlmə xoş sözü gətirməz dilə.

Mənim paxıllara yazığım gəlir,
Behiştin ətrini duya da bilməz
Çünki mərhəmətsiz daş ürəyi var.
Heç nə vicdanını oyada bilməz.

Paxıllıq cəlb edər cəhənnəm odun.
Həsədlə yansa da,üzümə gülür.
Etmə qeybətini Tənha Buludun
Vallah paxıllara yazığım gəlir


Tamara Rustamova Tenha Bulud
14may2020
www.kafiye.net