KAŞKİ

Xoşbəxtlik qorxutək hopa ömürə,
Titrədə vücudu hər saniyədə.
Oynada dünyada dağlar, qayalar,
Torpağın ürəyin hər dəqiqədə.

Şimşəktek çaxila şaq-şaraq ürək,
Sevincdən gözlər də dönə buluda.
Qorxudan gəlməyə yaxına heç vaxt,
Cəhənnəm odu da hətta yuxuda.

Səfərbər qoy ola qəm də, kədər də,
Üz tuta yelkənsiz qayıqla qaça.
Tufana, küləyə düşə dənizdə,
Qəfil dəryalar da ağzını aça.

Yox ola! Yox ola həyatda izi,
Nə adi hallana, nə iyi gələ.
Qalmaya arada nə kin, küdurət,
Yaşayaq həyatı arzular ilə.



Aygun ABBAS.
www.kafiye.net