Nədi ki


Sən ki varsan ,sanıram cahi-cəlalım vardır,
Könlümdə təxtinə bax,təxti-Süleyman nədi ki?

Gecə-gündüz sənin eşqində vəfa heykəliyəm,
Könlümün sultanısan,Misirdə sultan nədi ki?

Ciyərim yansa da hicrinlə bu eşqin yoluna,
Şəhid olsam yeri var,qətlimə fərman nədi ki?

O əziz surətini etsə ziyarət bu gözüm,
Ruhuma məlhəm odur,təbibi-loğman nədi ki?

Qıymasın gərdişi-dövran mənə həsrətlə ölüm,
Fərağındı Qiyamət, zəlzələ-tufan nədi ki?

Mən ki bu cismü-canı eşqə fəda eyləmişəm,
Etmişəm razi-niyaz,Minada qurban nədi ki?

Axı Tənha Buludun sidq ilə aşiqdi sənə,
Əmrinə müntəzirəm,verməyə bir can nədi k?



08.05.2020
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net