Müharibə

Nənəmin tellərində ağarmışdı müharibə.
Ala gözləri qonurlaşmışdı yanğıdan.
Uşaqlarının atasıydı qara dam.
Hər dəfə dəcəllik edəndə, bu gecə payını
qardaşın yeyəcək deyərdi bibilərimə.
Beləcə qara kağız öpdü nənəmin kəhraba əllərini.
Hər gün öldü nənəm!
Hər gün ehsan yedik.
Uşaq vaxtı elə bilirdim ki,
müharibə qara kağızlardan ibarətdir.
Babamı qələmlə qətlə yetiriblər.
Nənəm son dəfə öləndə
gözündəki yaş nəsə deyirdi…


Gülnarə Israfil.
www.kafiye.net