Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm.

Oxuduqca Quranda, ayələri dərsdi mənə,
Bilirəm indi nədir əyyaşlığın qəsdi mənə.
Ömrümü zay elədim, bu nadanlıq bəsdi mənə,
Nankorluq eylədiyim günləri təftiş edirəm,
Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm.

Bəllidir müsəlmana bu kitabın səlnaməsi,
Ecazkar musiqidir, müqəddəs quran ayəsi.
Bütün cismim titrəyir, eşidəndə azan səsi,
Öz azad ruhum ilə göylərdə gərdiş edirəm,
Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm.

Haqqı, Haqdan dilə sən, bəndələrdən haqq diləmə.
Yaradan haqdı, görür, canlılara zülm eləmə.
Sənə pislik edəndən yaxşılığı əsircəmə,
Bu gözəl kəlamlara öyrəşib, vərdiş edirəm,
Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm.

Şerimin vergülü var, nöqtəsini tapammıram,
Sakitəm, qafiyə tap, gecəni də yatammıram.
Şikayət eyləyirəm, öz şe(i)rimdən, utammıram,
Yəqin ki, bir reklamdır, feyzə nümayiş edirəm,
Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm.


05. 05. 2020.
Sakit Memmedov
www.kafiye.net