Ən bahasını

Nəfəsimdə qalanıb,
Sənsizliyin ocağı.
Necə də rahat imiş,
Məhəbbətin qucağı.

Gələn gedən daşlayır,
Ruhumdakı həsrəti.
Gərək sən dinləyəydin,
Çeynənmiş nəsihəti.

Tanrı qoxusu gəlir,
Şeirin sətirindən.
Sanki burnum düşübdür,
Cəhənnəmin ətrindən.

Eşqimin tellərinə,
Bir şeir yolum qalıb.
Şeirin dodaqları,
Dodağmı əsir alıb.

Qələm azıb qalıbdır,
Beş-on misra o yanda.
Yoluna davam elə,
Sevgimizdir, bu yanda.

Küləyin yanağında,
Ümidlər çiçək açıb.
Arzular körpələr tək,
Qapını döyüb qaçıb.

İlmə-ilmə sökürəm,
Dərdlərin yaxasını,
Qulağıma pıçılda,
Sən eşqin bahasını.

Doğurdanmı qanayır ?!
Sənsizliyin qaşları.
Ürəyimə düzülüb,
İntizarın daşları.



Ə.ÜLVİ Ələkbərzadə
www.kafiye.net