Olar əzizim

Ağladım bu gecə buludla qoşa,
Göz yaşım sel olub yanaqdan daşa,
Sən mənsiz ilbəil daha çox yaşa,
Mən sabah ölsəmdə, olar əzizim..

Üşüyür dodaqda ayrılıq sözü,
Mən ayna bulağın soyuq bir üzü,
Həsrətdən sönübdür qəlbimin közü,
Mən sabah ölsəmdə, olar əzizim..

Baxacam uzaqdan dağlar başından,
Çay olub axacam dağlar qaşından,
Bilsəm,silinməyəcəm yaddaşından,
Mən sabah ölsəmdə, olar əzizim..



Ə.ÜLVİ Ələkbərzadə
www.kafiye.net