Şairlərin dünyası

Hər misrasi qüssə, qəmdən doğular
Şair düşüb öz şerində boğular
Səadəti yatar, yorğun yuxular
Sirli olur şairlərin dünyası.

Məcrasından çıxıb olub, divanə
Şəmə deyil, dağa-daşa pərvanə
Ömrü qurban eder pünhan sevənə
Sirli olur şairlərin dünyası.

Sanma neçə gözəl şeir yazır o!
Misrasıyla ürəyini qazır o!
Aram-aram əriyir o, sızır o!
Sirli olur şairlərin dunyasi.

Qamçılanar hər gün neçə kəlməsi,
Parçalanar nəfəsində gülləsi
Xonçalanar göz yaşının silləsi
Sirli olur şairlərin dünyası.

Sanma ki men, şair, şeir, saymıram,
Şeir yeyib şeriyyatdan doymuram…
Mən kimsəyə bu ömürdən qıymıram
Sirli olur şairlərin dünyası.

Şair olmaq tək ad deyil, qadası
Bir savaşdır ölüm dirim adası
Hey ucalar qəm yükündən sədası,
Sirli olur şairlərin dünyası.

Aygün Abbas
www.kafiye.net