Bütün müsəlman bacı və qardaşlarımı MÜQƏDDƏS RAMAZAN AYI münasibətilə təbrik edir,evlərə, ailələrə könül rahatlığı,dünyamıza salamatlıq arzulayıram.
Edilən saf niyyətlər,ibadətlər,tutulan oruclar, oxunan dualar uca Allahın dərgahında qəbul edilənlərdən olsun in şə Allah.


XOŞ GƏLDİN,RAMAZAN !


Oxunsun dualar,səslənsin Azan,
Elimə xoş gəldin,gözəl Ramazan.
Sən aylar şahısan,aylar sultanı,
Hüsn-camalına bənzər tay hanı?

Bu ayda saflaşır arzu-diləklər
Tanrı sevgisiylə coşur ürəklər.
Tuşlanıb səmaya nurlu baxışlar
Vurur Göy üzünə sonsuz naxışlar.

Müqəddəs dərgaha uzanan əllər,
Uca Yaradandan Haqq-fərman dilər.
Eşitsin Allahım saf niyyətləri,
Qəbul etsin bizdən ibadətləri.

Naümid qalmasın heç bir bəndəsi,
Sönməsin qəlblərin ümid şöləsi.
Oxunsun dualar, səslənsin Azan,
Elimə xoş gəldin,gözəl Ramazan!


GÖVHƏR RÜSTƏMLİ. 25.04.20
www.kafiye.net