Göstər öz hökmünü


Səni and verirəm Haqq Mizanına,
Müqəddəs ayına-Ramazanına.,
Mələklər şahidi sübh azanına,
Göstər öz hökmünü, göstər,İlahi!
Nöqtə qoy zillətə,yetər,İlahi!

Yetər məzlumların haqqı yeyildi,
Ehtiyac üzündən qəddi əyildi,
Kasıb xor görüldü,zəngin öyüldü.
Göstər öz hökmünü göstər ,İlahi!
Nöqtə qoy zillətə yetər,İlahi!

Elçün ağlayanın gözü oyulur,
Mərdlər diri-diri qəbrə qoyulur,
Doğru danışanlar dəli sayılır.
Göstər öz hökmünü,göstər ,İlahi!
Nöqtə qoy zillətə,yetər,İlahi!

Şərin pəncəsində Cahan boğulur,
Körpələr dünyaya ruhsuz doğulur.
Sevərək qurduğun nizam dağılır.
Göstər öz hökmünü,göstər,İlahi!
Nöqtə qoy zillətə,yetər,İlahi!

Vallah ovularam dağlar yerinə,
Təki gedib çatsın ahlar yerinə,
Al Tənha Buludu ruhlar yerinə.
Göstər öz hökmünü göstər,İlahi!
Nöqtə qoy zillətə,yetər,İlahi!.


Tamara Rustamova Tenha Bulud
www.kafiye.net