Közümdən məni

Tanımaq istəsən məni, əzizim,
Çalış öyrənəsən özümdən məni.
O, qədər safdır ki, arzu, diləyim,
Uşaq da oxuyur gözümdən məni.

Düzə əyri deyib, yolumu azsam,
Şöhrətə, dövlətə uyub, dolaşsam,
Ölümdən qorxaraq, yalan danışsam,
Asın düz olmayan sözümdən məni
.

Həyatda öz yolum olubdu mənim,
Haqq sözüm haqsıza kəsilib qənim.
Qarabağ uğrunda ölsəm, nə qəmim?
Öpəcək sevgilim, üzümdən məni.

Sakitəm, xoş günü mən unutmuşam,
Vətəni, milləti uca tutmuşam.
Yansam el yolunda, qalacaq nişan,
Xalqım tanıyacaq, közümdən məni.


22. 04. 2020.
Sakit Memmedova
www.kafiye.net