SÜRÜNƏN KÖLGƏ. 1.


Nərgiz gözlərini açdı.Otaqdakı qarışıq səslərə qulaq verdi:
-Xəstənin halı hələ də qənaətbəxş deyil, müstəntiq.Biz onu ağır vəziyyətdə qəbul etmişik.Mümkünsə bir neçə gün gözləyin.Hal-hazırkı durumda onu narahat etmək, həyəcanlandırmaq xoşagəlməz nəticələr verə bilər.
-Sizi anlayıram həkim, – digər səs cavab verdi, – Lakin siz də məni başa düşün.Cinayətin izinə vaxtında düşməsək,belə hallar təkrarlana bilər.İndi xəstənizin dilindən çıxacaq hər bir kəlmə, hər bir dəlil baş verəcək digər hadisənin qarşısını ala bilər, – sözünə ara verdi, – mən onu çox sorğu-suala tutmayacağam.
Nərgiz heç nə anlamadı ; nə müstəntiq?, nə həkim? nə baş verirdi axı?o harada idi?
Tərpənmək istədi.Başındakı küt ağrıdan az qala huşunu itirəcəkdi.İnildəyib gözlərini yumdu.Tibb bacısı cəld həkimə yaxınlaşıb:
-Xəstə gözlərini açmışdı həkim, – dedi, – deyəsən özünə gəlir.
Həkim müstəntiqlə söhbətini yarımçıq kəsib, Nərgizin çarpayısına yaxınlaşdı:
-Özünüzü necə hiss edirsiniz?, – mehribalıqla soruşdu, – məni necə eşidirsiniz?
Nərgiz qüvvəsini toplayıb cavab vermək istədi, lakin çənəsini tərpədə bilmədi.Dil- dodağı, ağız- burnu sanki özününkü deyildi.Cəhd etsə də,onları hərəkətə gətirə bilmirdi.Ağ xalatlı, naməlum kişinin üzünə məlul-məlul baxırdı.Həkim onun gözlərindəki sualları oxuyurdu,qadın hələ də keyləşdirici dərmanların təsirindən ayılmamışdı, harada olduğunu hələ də dərk etmirdi.
-Siz xəstəxanadasınız – həkim izahata keçdi, – narahat olmayın,təhlükəli bir şey yoxdur.Bir neçə günə tam sağalıb ayağa qalxacaqsınız.
Nərgizin qaşları çatıldı.Vəziyyəti dərk edib, anlamağa çalışdı.Başındakı sarğı,üz hissəsindəki kəskin ağrılar…Nə baş vermişdi axı? Bəlkə…bəlkə onu avtomobil vurmuşdu? “Yox, düşündü , – o səki ilə hərəkət edirdi.Elə isə…”.
-Nərgiz xanım, – polis geyiminin üstündən çiyninə ağ xalat salmış digər bir nəfər ona yaxınlaşdı, -mən yaxınlıqdakı polis bölməsinin işçisiyəm.Hadisə işlədiyim ərazidə baş verdiyinə görə sizi narahat etməyə məcburam.İmkan daxilində bir neçə sualıma cavab versəniz,məni hələlik qane edəcək.
Nərgiz çətinliklə də olsa,qüvvəsini yenidən toplayıb, zəif səslə:
-Nə hadisə?, – dedi, mən…mən haradayam?
-Həkimin izah etdiyi kimi, siz xəstəxanadasınız,buraya sizi “Təcili yardım”la gətiriblər.
-Niyə?, – Nərgiz zorla dilləndi, – nə baş verib?
-Elə biz də onu aydınlaşdırmağa çalışırıq, -polis nəfəri yaxınlıqdakı stulu çəkib əyləşdi,- çox xahiş edirəm,hadisəni xatırlamağa çalışın.Bu, çox vacibdir.
Nərgiz diqqətini cəmləyib , başı ilə razılıq işarəsi verdi.
– İşdən çıxıb evə necə, hansı yolla getdiyiniz yadınızdadır?Ətrafınızda diqqətinizi cəlb edəcək, şübhəli nə isə hiss edirdinizmi?
Nərgiz başı ilə “yox”işarəsi etdi.
-Aydındır, – müstəntiq sualını bir qədər də dəqiqləşdirməyi qərara aldı, – qarşıdan gələn insanlara diqqət edirdinizmi?Geyimində, davranışında qeyri-adilik hiss olunan kimsə vardımı?
Nərgiz fikrə getdi.İşdən çıxıb evə getdiyi məqamı xatırlamaq istədi.Beyni dumanlandı, küt ağrı bir az da şiddətləndi.Yerindən tərpənmək istədi.Vücudu sanki odun parçası idi.Hərəkətsiz qalaraq ona tabe olmaq istəmirdi.
Həkimin üzündəki narazı ifadəni anlayan müstəntiq yerindən qalxdı:
-Yaxşı,xəstənin sağalacağını gözləyək, – əlindəki kağızları qovluğa yığdı, – sizdən artıq dərəcədə xahiş edirəm, xəstənin vəziyyəti stabilləşən kimi mənimlə əlaqə saxlayın.Cinayətin izinə nə qədər tez düşsək, bir o qədər işin xeyrinədir.Sağ olun, salamat qalın, – Nərgizə baxdı, – tez sağalın.Gələn dəfə sizi sağlam və gümrah görmək ümidilə…
Müstəntiq palatanı tərk edən kimi,qapının ağzında tanış səslər eşidildi:
-Çox xahiş edirəm,bir dəqiqəlik də olsa, onu görməyə icazə verin.Bizi görsə əhvalı düzələcək, təsəlli tapacaq.
-Biz onu danışdırmayacağıq, söz veririk, sadəcə kənardan görmək istəyirk.
Bu səslər həyat yoldaşı Raminin və qaynanası Gülər xanımın idi.Həkimin cidd- cəhdlə etirazına baxmayaraq, onlar Nigarın yanında olmaq istəyirdilər.
Nigarın ürəyi yerinə gəldi.Ona ən əziz, ən doğma insanlar burada idi.
Xeyli yalvarışdan sonra onlara bir neçə dəqiqəlik də olsa,xəstəni görmək imkanı yaradıldı.Ramın otağa keçən kimi onun çarpayısına yaxın gəldi.Nigarın vəziyyətini görüncə çox məyus oldu.Qadının sifətində ağır zərbənin əlamətləri aydın görünürdü.Gülər xanım özünü ağlamaqdan zorla saxlayırdı:
-Bu nə iş idi a bala ,başımıza gəldi?, – astadan Nərgizə yaxınlaşıb üzündən öpmək istədi.
Tibb bacısı mane oldu:
-Gedin dincəlin, sabah yenidən gələrsiniz.İndi isə,ona narahatlıq yaratmayın.Təhlükəli heç bir şey yoxdur.Bir neçə gündən sonra tam sağalıb ayağa qalxacaq.
Ramin də, Gülər xanım da göstərişə əməl edərək palatadan çıxdılar.
Həkim Nərgizin nəbzini yoxladı.Əlini alnına yaxınlaşdırıb hərarətinin olub-olmadığını müəyyənləşdirməyə çalışdı.Gülümsəyərək:
-Hər şey yaxşıdır, – dedi, – yatmağa çalışın.İynələr ağrılarınızı yüngülləşdirəcək.Nə lazım olsa, düyməni basıb,növbətçi həkimi çağırın.Heç nə barədə düşünməyin.Hazırkı durumunuzda sizə dinclik çox vacibdir.
Dərmanların təsirindən göz qapaqları yumulan Nərgiz başının işarəsi ilə razılığını bildirdi. Danışmağa, onu narahat edən suallara cavab tapmağa nə gücü , nə də taqəti yox idi.Bir məsələni dürüst anlayırdı, həkimin dediklərinə əməl emək, tezliklə sağalıb ayağa qalxmaq, baş verənləri köklü şəkildə araşdırmaq lazım idi.Qaranlıq otaqda qalmaqdan həmişə qorxub çəkinən Nərgiz, indi tam səssizlikdə yatıb yuxuya getmək,bu müdhiş gecənin iztirablarından,qeyri- müəyyənliyindən yaxa qurtarmağa çalışırdı.Başına gələnləri hələ də doğru- dürüst anlamayan qadın fikrində dolaşan sonsuz sayda suallara cavab tapmaqda aciz idi.


ARDI VAR.

Govher Rustamova
www.kafiye.net