NİCAT AXTARACAN

Kiçik qəm önündə qalsa da aciz
Əməli dünyanı lərzə gətirir.
Ömrə, an verməyə olsa da aciz
Sonsuz bəlaları ərzə gətirir.

Ey insan, idrakı sənə kim verdi?
Üzə ağ olmağın günah deyilmi?
Anla, təhlükədə anamız Yerdi
Etdiyin bəşərə dərd – ah deyilmi?

Nə tez unuduldu, cahil keçmişin
Nadanlq həyatın, çıxdımı yaddan?
Tərsinəmi gedir, ali gedişin?
Bütlər yaratmışdın heyvandan, oddan.

Güvənmə gücünə, mənəm deyərək,
İlahi qüvvənin hökmü önündə.
Nicat dolu gözü göyə dikərək
Onu axtaracan bil, dar günündə.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net