Özümü tapa bilmirəm.

Sənə tərəf yeriyirəm,
Hər gün bir az əriyirəm,
Danışıram, kiriyirəm,
Sözümü tapa bilmirəm.

İçimə qəm yeli əsir
Götürür ömrümü, əsir
Göz yaşım ovcumu kəsir
Gözümü tapa bilmirəm.

Ələnib, daşdan yuxarı,
Kirpikdən, qaşdan yuxarı,
Doluram başdan yuxarı,
Özümü tapa bilmirəm.

Gülnarə İsrafil.
www.kafiye.net