ÖRPƏYİM

Nənəmin güllü yaylığı,
Saçaqlı -telli yaylığı,
Müqəddəs ismət mənbəyi—-
Azərbaycanlı örpəyi.

Qırmızı şal , ilmə şal,
Saçaqlı şal, tirmə şal.
Biz səni itirsək də,
Sən bizi itirmə ,şal!

Qədimlərdən qədimsən,
Ululardan da ulu.
Sən həmişə mənimsən,
Kələğayım noxudu.

Səndən necə əl çəkim,
Ay ismətli örpəyim?
Muzeyəmi həbs edim
Bu qeyrətli örpəyi?

Eşqimi ,amalımı
Əqidəmi , andımı
Dəyişimmi ,atımmı?
Öz-özümə sözümü,
Allah ilə əhdimi
Bu dünyaya satımmı?

Səni necə qoruyum,
Səni necə hifz edim?
Sən mənim ürəyimdə
Ən müqəddəs məqamsan,
Xalqıma ehtiramsan,
Yerlər ,Göylər şahidim!

Nə qədər millətim var,
Örpəyim yaşayacaq,
Bu millətin ruhunu
Özündə daşıyacaq !
Örpəyin tarixi saf,
Yad bulaqdan su içməz.
Ona verilən anddan
Keçməz, Allah da keçməz!




Tamara Rustamova Tenha Bulut
www.kafiye.net