HEÇ GÖRMƏDİK SEVİNCİ ÇOX, QƏMİ AZ

Şimşək çaxdı, yağış yağdı, yer uddu
Ətrafımız oldu cəngi meydanı.
Ləçəkləri vaxtsız, tufan qurutdu
Dünya toran verdi, qaçdı sübh danı.

Dərilmədi arzu barı, bəhəri
Erkən yetişərək dərd nübar oldu
Əziyyətlər verdi tale qəhəri
Bəxt payımız bahar yağan, qar oldu.

Bağ qurudu, lək də ləkə bağladı,
Gül – çiçəyin ömrü oldu namuraz.
Meydan açdı bayquş, bülbül ağladı.
Heç görmədik sevinci çox, qəmi az.

Zəhər dolu qabı sandıq ətirdi,
Şirin tamıb, acı duyanı olduq.
Başımıza min cür oyun gətirdi
Kasad olan ömrün, doyanı olduq.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net