Lal otaq

Elə yuxusuzluğum var ki,
Sakitcə kiriyir, özümü dinşəyirəm.
Xeyir düşün, bəlkə xeyir oldu.
Qaranlıq otaqda mədənin qurultusu
Yaz vaxtını beynimə salır.
Görəsən içimdə çömçə quyruq yoxdur ki?

Lal otaq

Cırcırama səsi verir qulağımda.
Bəlkə elə təkliyin möhtəşəmliyi
Bu səslərdə yuxuya gedir.
İçindəki dalğaların mənbəyi
Nə dağdan gələn bulaq gözüdür,
Nə də buludların tokkuşub yağması,
Heç denizə də oxşamır.
Sən varsan, sən həm də eyniyyətdə yoxsan.
Yazanda bir talesən, bir ömürsən.
Yazmasan daşsan, torpaqsan, otsan, yoxsan.
Ağrısan, acısan, dərdsən,
Hər addımda dərssən, imtahansan, imitasiyasan,
Biri səni yaşayır, biri səndə yaşayır.
Nəfəsin bitdiyi gün yaşantılarınla bir boysan, torpaqsan.
Üstündə göyərən ot, saralan payızsan.
Payızı sevmirəm, rəngi ruhumu ağrıdır.
Yarpaq kimi üzüldüyüm hər gün rəngimi oğurlayır.



Gülnare İsrafil
www.kafiye.net