SOYUQ OLACAQ


Bu gecə yenə misraların dodaqları çatladı,
Ayriliq susuzluğundan..
Gəlsənə, gəlsənə
Gəlib dodaqlarınla islatsana
Misraların dodaqlarını..
Qəlbimin qapısı açıq qalıb,
Dolur qəlbimə
Soyuq; qar; sazaq,
Gəlibdə örtəsənə qəlbin
Qapısını.
Soyuq olacaq
Sənli xatirələrə..
Qəlbimdə yarpaqlamış
Ümidə, arzuya…
Soyuq olacaq
Əzizim, soyuq olacaq.
Gəlməsən..


Ə.ÜLVİ Ələkbərzadə
www.kafiye.net