Kövrək Lilpar



Bir bulağın gözündə,
Bitibdir kövrək lilpar.
Ətrafına yayılan,
Səssiz bir qoxusu var.

Naxış-naxış düzülür,
Dodaqlardan süzülür,
Küsən kimi birindən,
Yarpaqları bükülür.

Çay ətrafın bəzəyər,
Utancaq,rəngi sarı.
Səhər-axşam üstünə,
Qonar balaca arı.

Yağışı o çox sevər,
Mahnı,nəğmələr deyər.
O ki günəşi görsün,
Sevincdən gülümsəyər.

Adı kimi gözəldir,
Təbiətdə özəldir,
Səhər açılan kimi,
O torpaqdan yüksəlir.

Dodaqları ətirli,
Baxışları sehirli,
Düşüncəsi də sirli,
Balaca,kövrək lilpar.

Ülvi Ələkbərzadə 
www.kafiye.net