Yazım

Bir şeirdə mən yazım,
Gözlə gedişin üçün..
Gözlərindən süzülən,
Qəmli baxışın üçün.

Ümidlərim dolaşıb,
Sarmaşıqtək qoynuna.
Birazda davam elə,
Sən bu sevgi oynuna.

Kirpiklərim islanıb,
Qəmli göz yaşlarımdan.
Sənsizlik asılıbdır,
Kədərli qaşlarımdan.

Dodaqlar cadar-cadar,
İntizar soyuğundan.
De,səni nə qaytarar,
Ayrılığın yolundan..?

Sən gedən gündən bəri,
Üşüyür dodaqlarım.
Nəfəsini eşitmir,
Kar qalmış qulaqlarım.



Ülvi Elekberzade
www.kafiye.net