AĞLA MƏNSİZ


Gözlərindən yuxun qaçsa
Dərd qəlbində yara açsa
Ruhun bezib göyə uçsa
Ağla indi ,ağla mənsiz.
**
Məni sənsiz gecəyə sor
Şeirə sor,hecaya sor
Ürəyinə dolarsa qor
Ağla,indi ağla mənsiz.
**
Şeytan girdi aramıza
Kədər enib qondu üzə
fikrin getsə çölə,düzə
Ağla,indi ağla mənsiz..
**
Eşqin qədrin bilmədin sən
Çağırsam da gəlmədin sən
Heç üzümə gülmədin sən
Ağla,indi ağla mənsiz…
**
Hamı yatar şirin-şirin
Səndən qaçar ilham pərin
Əğər olsa qəmin dərin
Ağla,indi ağla mənsiz..



Nazlı Hacılı

www.kafiye.net