QURBANLIĞI


Dedin gözlərinin qurbanı ollam
Gözlərim görmədi o qurbanlığı.
Dedim:-O qurbanın qadasın allam
Yenə də vermədin ha qurbanlığı.
**
Özündən boy dedin,xeyli,doymadın
İnsafdan gen gəzdin ,yaxın qoymadın
Sən adi çöpü də mənə qıymadın
Mən sənə verərdim “Qu” qurbanlığı.
**
Bu səhv ayaq açdı,dillərdə gəzdi
Heç cür anlanmadı tərzin nə tərzdi
Qəlbindən gəlsəydi yuya bilməzdi
Beş dərya,beş dəniz su qurbanlığı.
**
Gözünü tutacaq öz ahın sənin
Səndən də qaçacaqpənahın sənin
Bir halda yuyulmaz günahın sənin
Barı insafınla yu qurbanlığı.
**
Könlümü yalanla dərdin,vermədin
Nazlı gözü foxdur verdin-vermədin
Axı bu nə işdir dedin,vermədin
İndi necə yozaq bu qurbanlığı?



Nazlı Hacılı.
www.kafiye.net