Yine Sıqıb Gözünü


Yenə sıxıb gözünü buludlar da ağlayır .
Bu qanlı faciəyə göylər də yas saxlayır.
Neçə əlləri yalın ,cavan ,körpə qocanı,
İnsafsızlar öldürüb axıtdılar qanını.

Söndü neçə ocağın yanar şamı əbədi,
Torpaq öz övladının al qanına bələndi,
Neçə qız gəlinlərin qara geydi xonçası
Açılmadı nə qədər anaların boxçası.

Ah nə qədər arzular düyünləndi ürəkdə,
Od alıb oda yandı od qalandı kürək də.
Büküldü dərd əlindən neçə atanın beli,
Övlad soraqlamaqdan yandı ananın dili.

Dönmüşdü yaradanın üzü öz bəndəsindən ,
Elə bil incimişdi yaratdığı hər kəsdən,
Bilməm asi olmuşdu bəndə öz Allahına.
Yoxsa inanmırdımı onun da varlığına.



Nahide Tagiyeva Qurbanova
www.kafiye.net