Bu Zamanda


Bu zamanda nəsə çatmır
Ya da həyatda
Gözlərim dolub, ancaq ürəyimə axmır.
Mən kimə inanım
Bir daş ense yer üzünə onu sevərdim.
Salam verməyə qorxuram artıq
O da məndən asılacaq.
Bəlkə bu gün imdad istəyən kengurular
Məndən daha güclüdür.
Bilmirəm kime əl uzatdım…

Gözlərim ümidini
Sahillərdə itirir.
Məni yer üzündən götürən olsa,
İnsansızlığı seçərdim.

Sabahlar niyə eyni açılır,
Axşamlar mənasız düşür.
O son cümlə
Bitsin
Yadım.
Mənə təkcə özüm yetirəm.

Öləndə
Bir damla göz yaşının şəklini çəkin
Dostlar.
O, məni sonrakı nəsillərə tanıdacaq.
Məni tanıyan olmadı
Yaşadığım təkliyimdə.

Silin daş üstündə ağrılarımı…



Gülnarə İsrafil
www.kafiye.net