BƏLKƏDƏ

Bəlkədə taleyim qatar yolunda,
Bir fəryad gözleyir, cismin gelmesin.
Bəlkədə qismətim ipdən asılıb, 
Bir imdad istəyir hər bir kəlməsi.

Bəlkə ruhum məndən bir addım öndə,
Bəlkədə bir addım geridə qalıb.
Bəlkə heç ikimiz yolcu olmadıq,
Bəlkə məndən öncə səcdəmi qılıb.

Bəlkədə o artıq göylərdə mələk, 
Bəlkədə o məndən öncə doğulub. 
Bəlkədə yaşayır haralardasa, 
Şad xürrəm, cismimdən ruhum qovulub.

Bəlkədə o məni heç xatırlamır,
Bəlkədə çiynində məni daşıyır. 
Bəlkədə yetirib son mənzilinə,
Torpaqda üç metr qəbir qazıyır.


Aygün Abbas
www.kafiye.net