İlahi zamanlama
Bəzən həyatımızda sanki bir “pauza “yaranır.Həyat durdu sanırıq.Bu-ilahi zamanlamadır.Allaha güvən və təslim ol.

Əslində hər şey olmalı olduğu yerdə ,olması gərəkdiyi kimidir.

Çünki bu kainatın Yaradıcı gücü hər bir yaratdığını mükəmməl şəkildə yaratdığı kimi,hər bir incə detalı da hesaba almışdır.

Biz bir şeyin olmasını istədikdə öncə onu xəyalımızda canlandırır,sonra düşüncəmizin süzgəcindən keçirir, daha sonra onu həyata keçirməyin yollarını araşdırırıq. Bəzən buna nail olur,bəzənsə səylərimizə rəğmən bir nəticə ala bilmirik.

Dua edir,ümid edir və gözləyirik.
Belə düşünək.Bir bitki yetişdirmək istədikdə əvvəlcə toxumu torpağa atırıq.Bu toxum bizim arzumuz, diləyimiz,xəyalımızdır.Sonra onu zaman-zaman suvarırıq,toxum cücərib torpaqdan baş qaldırınca onun öz kökləri üzərində möhkəm durması üçün gübrəsini, suyunu verir,bir qədər boy atdıqda dibini belləyirik və s.Daim qayğısına qalırıq.Bütün bu səylərimiz- dualarımız, ümidlərimiz və əməyimizdir. Amma bitki bir anda bar verə bilməz,deyimi?.Zaman.Bəli,bizə kərəkli olan zamandır.Səbrlə gözləmək,ümidlə yaşamaq və çalışmaq.Qalan işlər İlahi gücün öhdəsindədir.”Niyə olmur,niyə dualarım eşidilmir?”-deyə ümidsizliyə
qapılmaq olmaz.Çünki hər şey o qüsursuz İlahi güc tərəfindən nəzarət altındadır.Zamanı gəldiyində “ol”malı olan olacaq.Getməli olan gedəcək,qalmalı olan qalacaq.Baş tutmayan nə varsa,bizim xeyrimizə olaraq gecikir.

Bəli,həyat bizə səbrlə gözləməyi öyrədir.Bu müddət ərzində kainatla bir bütün olmağı öyrənə biliriksə, mükafatımız verilir.

Yox əgər hadisələri məcbur oldurmağa çalışsaq,əksinə işlərin daha da tərs dönməsi ilə üzləşərik,bu isə bizim qorxu və şübhələrimizə yol açar.Nəticədə ümidsizliyə qapanar və əsl yönümüzü itirə bilərik.Deməli,hər bir işi öz axarına buraxmaq lazımdır.Biz düşüncələrimizlə yaradıcı gücün qaynağına mesajlar ötürürük.Nikbin düşüncələr müsbət,bədbin düşüncələrsə mənfi əks-səda doğurur.Odur ki,Yaradana güvənərək,ümidlə İlahi zamanlamaya təslim olmaq bizə ən xeyirli qapıları açacaqdır.



Tamara Nadirova(Tənha Bulud).
www.kafiye.net