Xoşbextlik Oyunu
 

Xoşbəxtlik oyunu
Gəl səninlə “xoşbəxtliyi” oynayaq.
Gözlərimin kədərini
Eynəyimin arxasında gizləyim.
Dodağıma saxta təbəssüm geyim
Gizli-gizli ürəyimi közləyim
Hər gecə yuxumu satım
Ulduzlu məxmər gecəyə.
Sənli xatirələri silib süpürüb
Könlümün künc-bucağından
Atım küçəyə.
Qəlbimin sınan yerində
Qurduğum o körpünü
Qəzəbimin oduyla yandırım hər gecə.
Arayım axtarım ən dərində
Ürkək-ürkək saxladığım
Surətini ziyarət edim gizlicə….
Ruhumun əlləriylə
Toxunum üzünə-gözünə.
Sayım kipriklərini dən-dən.
Ürəyim baxmasın sözümə
Nəbzim atsın”sən…sən..”
Səhərin gözünü kipriklərimlə oyum.
Səhər gözlər önündə yenə
Özümü artistliyə qoyum.
Xoşbəxtlik adlanan ölkənin
Şahzadəsiymişəm guya..
Səni heç xatırlamıram ki..
Həyat davam edir…
Mən yenilməz bir dağ.
Möhkəm qaya…
…..Deyəsən yuxu görürdüm.
Gedim danışım suya…



21.11.2019
Tamara Rustamova Tenha Bulut
www.kafiye.net